Putinlə görüşdən əvvəl Əliyevlə Paşinyanın yanına rusiyalı həkimlər göndərilib
Tarix: 12-01-2021 14:49 | Bölmə: Gündəm
Putinlə görüşdən əvvəl Əliyevlə Paşinyanın yanına rusiyalı həkimlər göndərilib

Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın yanına rusiyalı həkimlər göndərilib.

Reyting.az
Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə “Kommersant” qəzeti Rusiya liderinin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Peskov rusiyalı həkimlərin Yerevan və Bakıya niyə uçduqlarını açıqlamasa da, “nə üçün getdiklərini ehtimal etmək çətin deyil”.

“Rus mütəxəssislərin erməni və azərbaycanlı həmkarlarının bacarıqlarına və koronavirus RNT və antikorların aşkarlanması üçün apardıqları analizlərin nəticələrinə etibar etmələri ehtimalı azdır”, - xəbərdə vurğulanır.

Qeyd edək ki, Əliyev və Paşinyan Qarabağda tam atəşkəs barədə razılaşma əldə etdikdən sonra bölgədəki vəziyyəti müzakirə etmək üçün yanvarın 11-də səhər Moskvaya uçmuşdular.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}