14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ermənistanın Qarabağ üzrə işçi qrupdakı nümayəndəsi məlum olub
Tarix: 12-01-2021 16:00 | Bölmə: Gündəm
Ermənistanın Qarabağ üzrə işçi qrupdakı nümayəndəsi məlum olub

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupda ölkəsini təmsil edəcək.

Məlumatı “Sputnik Armeniya” yayıb.

M.Qriqoryan 2018-ci ilin aprel dəyişikliyindən sonra Rusiya ilə iqtisadi əlaqələr üzrə sahəni idarə edib. Bundan başqa, o, Ermənistanın maliyyə sisteminin inkişafı məsələlərinə cavabdehlik daşıyır.

Qeyd edək ki, yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı 4 maddəlik üçtərəfli bəyanatın 1-ci müddəasında bildirilib: “2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}