14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidentini təbrik edib
Tarix: 12-01-2021 19:09 | Bölmə: Gündəm
İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sadır Japarova məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Japarov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}