17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlanıb
Tarix: 17-01-2021 17:36 | Bölmə: Gündəm
Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlanıb

Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Ermənistan mətbuatı xəbər verir ki, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da Qarabağda indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}