14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Oqtay Şirəliyev və Ramin Bayramlı ilk peyvənd vurulacaq şəxslər sırasındadır
Tarix: 18-01-2021 11:01 | Bölmə: Gündəm
Oqtay Şirəliyev və Ramin Bayramlı ilk peyvənd vurulacaq şəxslər sırasındadır

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulacaq.

Reyting.az
xəbər verir ki, nazir bu gün peyvənd vurulacaq ilk şəxslərdən biridir.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev də gün ərzində peyvənd olunacaqlar.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}