07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Mehriban Əliyeva yenidən federasiya prezidenti seçilib
Tarix: 25-01-2021 15:55 | Bölmə: Gündəm
Mehriban Əliyeva yenidən federasiya prezidenti seçilib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Reyting.az
xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının yanvarın 25-də təşkil olunan hesabat-seçki xarakterli 11-ci ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü olublar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}