21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Əlilliyi olan şəxslərlə bağlı yeni qaydalar təsdiqlənib - Qərar
Tarix: 29-01-2021 11:18 | Bölmə: Gündəm
Əlilliyi olan şəxslərlə bağlı yeni qaydalar təsdiqlənib

Baş nazir Əli Əsədov “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə qərar imzalayıb.

Reyting.az
-ın məlumatına görə, qərara əsasən, “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, əlilliyi olan şəxslərin reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər