Kamran Əliyev iki rayona prokuror təyin edib
Tarix: 29-01-2021 14:58 | Bölmə: Gündəm
Kamran Əliyev iki rayona prokuror təyin edib

Azərbaycanın iki rayonuna yeni prokurorlar təyin olunub.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrə əsasən, Qabil Qasımov Abşeron rayon prokuroru təyin edilib.

Baş prokurorun imzaladığı daha bir əmrlə Əli Qurbanov Tərtər rayon prokuroru vəzifəsinə təyinat alıb.

Təyinatlarla bağlı məlumat Baş Prokurorluğun mətbuat xidməti tərəfindən təsdiqlənib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}