21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda beş Milli Prioritet müəyyənləşib
Tarix: 02-02-2021 14:32 | Bölmə: Gündəm
Azərbaycanda beş Milli Prioritet müəyyənləşib

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşib.

Reyting.az
-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Reallaşmalı olan beş Milli Prioritet aşağıdakılardır:

- dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

- dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

- rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

- işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

- təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən Milli Prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər