Azərbaycanda daha 159 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib
Tarix: 02-02-2021 17:41 | Bölmə: Gündəm
Azərbaycanda daha 159 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirusa 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 230 455 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib. Hazırda 3 507 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 713, bu günə qədər isə ümumilikdə 2 419 747 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}