Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Tarix: 03-02-2021 16:07 | Bölmə: Gündəm
Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanın müdafiə nazri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə tanışlıq xarakterli görüş keçirib.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər iki ölkə arasında dost və strateji tərəfdaşlıq münasibətlərini vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasıda əməkdaşlığın pozitiv dinamikası müzakirə olunub. Söhbət zamanı müdafiə sahəsində əməkdaşlıq və hərbi təhsil sahələrində əldə olunan razılaşmalara da toxunulub.

Görüşün sonunda gürcü nazir azərbaycanlı həmkarının Tbilisiyə səfər edəcəyinə ümidvarlıq ifadə edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}