Azərbaycanda daha 152 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
Tarix: 04-02-2021 17:39 | Bölmə: Gündəm
Azərbaycanda daha 152 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycandason sutkada koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 230 769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib. Hazırda 3 190 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 640, bu günə qədər isə ümumilikdə 2 433 585 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}