21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dövlət Xidmətinə əlavə səlahiyyət verilib
Tarix: 05-02-2021 16:20 | Bölmə: Gündəm
Dövlət Xidmətinə əlavə səlahiyyət verilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin funksiyaları ilə bağlı uyğunlaşdırma aparılıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlara dəyişiklik edib.

Qərarda nəzərdə tutulan dəyişikliklərə əsasən dövlət ilkin kəmiyyət vahidləri etalonlarının qorunub saxlanılması və dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi, dövlət kəmiyyət vahidləri etalonları haqqında məlumatların ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna daxil edilməsi, ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə nəzarət edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna məlumatların daxil edilməsini və həmin məlumatların verilməsini , ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılır.

Buna uyğun olaraq Nazirlər Kabinetinin ölçmələrin vəhdətinin təmin edilməsi ilə əlaqədar qərarlarında müvafiq səlahiyyətlərin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icrası nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər