Hikmət Hacıyev: “Ermənilər işğal zamanı azərbaycanlılara məxsus hər şeyi dağıdıblar”
Tarix: 06-02-2021 17:39 | Bölmə: Gündəm
Hikmət Hacıyev: “Ermənilər işğal zamanı azərbaycanlılara məxsus hər şeyi dağıdıblar”

“İşğaldan azad edilmiş ərazilərimiz tamamilə dağıdılıb, məhv edilib. Azərbaycan xalqına aid nə var idisə hamısı dağıdılıb”.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.

Onun sözlərinə görə, dünyanın hər hansı başqa bir münaqişə zonasında qəbiristanlıqların dağıdılmasına, məhv edilməsinə nadir hallarda rast gəlinir: “Azərbaycanlılara məxsus qəbirlər, qəbir daşları və qəbirin içərisindəki sümüklər belə dağıdılıb, məhv edilib. Görün ermənilər necə vandalizm törədiblər?! Biz Cəbrayılda bunun bir daha şahidi olduq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}