Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib 
Tarix: 06-02-2021 17:43 | Bölmə: Gündəm
Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib 

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 231 022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib. Hazırda 2 905 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 582, bu günə qədər isə ümumilikdə 2 446 300 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}