11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 07-02-2021 18:45 | Bölmə: Gündəm
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Reyting.az
xəbər verir ki, xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 231 154 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 246 nəfər müalicə olunaraq sağalıb, 3 158 nəfər vəfat edib. Hazırda 2 750 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 783, bu günə qədər isə ümumilikdə 2 453 083 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}