İtkin düşən Füzuli sakini Cəbrayılda minaya düşüb
Tarix: 07-02-2021 21:40 | Bölmə: Gündəm
İtkin düşən Füzuli sakini Cəbrayılda minaya düşüb

Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli Rayon Polis Şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib. 

Reyting.az
 xəbər verir ki, bu barədə Cəbrayıl Rayon Prokurorluğu məlumat yayıb.

Məlumat əsasında aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub. 

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.

Hazırda digər şəxslərin yerinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}