Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırılıb
Tarix: 09-02-2021 15:53 | Bölmə: Gündəm
Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırılıb

Bundan sonra Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək.

“Sputnik Armenia” agentliyinin verdiyi məlumata görə, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb.

Müddətli həqiqi hərbi xidmətə çağırılanlar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər.

Qeyd edək ki, Ermənistanda övladlarının hərbi xidmət keçmək üçün Qarabağa göndərilməsinə etiraz edən valideynlər silsilə aksiyalar keçirib.

Onu da əlavə edək ki, erməni mətbuatında və sosial şəbəkələrində Dağlıq Qarabağdakı separatçı rejimin “ordusunun” buraxıldığı barədə məlumatlar yayılıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}