17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanın Türkiyədən aldığı minatəmizləmə maşınları istismara qəbul edilib
Tarix: 10-02-2021 13:17 | Bölmə: Gündəm
Azərbaycanın Türkiyədən aldığı minatəmizləmə maşınları istismara qəbul edilib

“Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Bununla əlaqədar mühəndis istehkam bölmələrində hazırda tədris proqramı təşkil olunub”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə texnikası alıb: “Texnika istehsalçı şirkət tərəfindən hazır olduqca təqdim edilir”.

A. Kərimov bildirib ki, bu gündən etibarən Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikasının istismarına başlanılıb: "Texnika Müdafiə nazirinin müvafiq əmrinə əsasən tətbiqə qəbul edilib. Qısa zamanda texnika azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb ediləcək”.(Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}