Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib 
Tarix: 11-02-2021 16:37 | Bölmə: Gündəm
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib 

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 231 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib. Hazırda 2 360 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 315, bu günə qədər isə ümumilikdə 2 478 223 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}