Azərbaycanda daha 155 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib 
Tarix: 13-02-2021 15:51 | Bölmə: Gündəm
Azərbaycanda daha 155 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib 

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib. Hazırda 2 303 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 715, bu günə qədər isə ümumilikdə 2 495 198 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}