Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 16-02-2021 15:38 | Bölmə: Gündəm
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib. Hazırda 2 201 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7631, bu günə qədər isə ümumilikdə 2 513 636 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}