21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Prezident tikinti sənədləri ilə bağlı yeni qanunu təsdiqləyib
Tarix: 16-02-2021 16:32 | Bölmə: Gündəm
Prezident tikinti sənədləri ilə bağlı yeni qanunu təsdiqləyib

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Reyting.az
xəbər verir ki, qanuna dəyişikliklə tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılıb.

Bununla da tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər