Azərbaycanda daha 154 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 17-02-2021 15:43 | Bölmə: Gündəm
Azərbaycanda daha 154 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

"İndiyədək ölkədə ümumilikdə 232 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187 nəfər vəfat edib. Hazırda 2 188 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 758 , bu günə qədər isə ümumilikdə 2 521 394 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}