21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı İşçi Qrup yaradılacaq
Tarix: 18-02-2021 13:42 | Bölmə: Gündəm
Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı İşçi Qrup yaradılacaq

Azərbaycan və Türkmənistan “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlayacaq.

Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, hökumətlərarası sazişin işlənib hazırlanması və razılaşdırılması məqsədilə tərəflər birgə İşçi Qrup yaradacaq.

Birgə İşçi Qrup mümkün qısa müddət ərzində hökumətlərarası sazişin layihəsini hazırlayacaq və razılaşdıracaq.

Sənəddə qeyd edilib ki, bu memorandumun müddəaları tərəflərin dövlətlərinin Xəzər dənizində sektorların bölgü xəttinin təyin edilməsini əvvəlcədən müəyyən edən kimi nəzərdən keçirilməməlidir.

Qeyd edək ki, layihə bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər