Minaatan batareyalarının döyüş atışlı təlimləri davam edir - Video
Tarix: 19-02-2021 17:29 | Bölmə: Gündəm
Minaatan batareyalarının döyüş atışlı təlimləri davam edir

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları icra edir.

Təlim məşqləri davam edir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}