Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, vəfat edənlər var
Tarix: 20-02-2021 19:24 | Bölmə: Gündəm
Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, vəfat edənlər var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

COVID-19 ilə əlaqədar ölkədə son sutka ərzində 8 055, hazırkı dövrədək 2 543 880 test aparılıb. Testi aparılanlardan 227 619 nəfəri müalicə olunaraq sağalıb, 3 195 nəfəri vəfat edib, aktiv xəstə sayı isə 2 159 nəfərdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}