16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Əli Əsədov Gürcüstanın yeni baş nazirinə məktub göndərib
Tarix: 24-02-2021 11:58 | Bölmə: Gündəm
Əli Əsədov Gürcüstanın yeni baş nazirinə məktub göndərib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Reyting.az
xəbər verir ki, məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}