Azərbaycanda daha 125 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
Tarix: 01-03-2021 17:07 | Bölmə: Gündəm
Azərbaycanda daha 125 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib, aktiv xəstə sayı 2 600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 205, ötən müddət ərzində isə ümumilikdə 2 602 884 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}