Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib
Tarix: 03-03-2021 15:11 | Bölmə: Gündəm
Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 235 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib. Hazırda 2 960 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 928, bu günə qədər isə ümumilikdə 2 618 808 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}