Əli Əsədovla Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
Tarix: 05-03-2021 14:05 | Bölmə: Gündəm
Əli Əsədovla Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}