16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başlayıb
Tarix: 06-03-2021 09:35 | Bölmə: Gündəm
Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başlayıb

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"də yazıb.

Hikmət Hacıyev qeyd edib ki, prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpusları Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərə aparırıq. “Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq", - H. Hacıyev əlavə edib.

***

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlara bugünkü səfərinin gündəliyi məlum olub.

Reyting.az APA-ya istinadla xəbər verir ki, diplomatik korpus nümayəndələri Füzuli rayonun Merdinli kəndinə səfər edəck, orada dağıdılmış Merdinli məscidi və Merdinli-Qaraxanbəyli qəbiristanlığı ziyarət olunacaq.

Daha sonra Qubadlının Muğanlı kəndinə gediləcək və burada Ermənistanın ekosistemə qarşı terrorunun nəticələri barədə diplomatik korpus nümayəndələrinə məlumat veriləcək.

Sonra Qubadlının Qəzyan kəndinə səfər baş tutacaq. Bu kəndin ziyarətindən sonra diplomatik korpus nümayəndələri Qubadlı şəhərinin mərkəzinə gedəcək. Qubadlı şəhərinə səfər başa çatdıqdan sonra Laçına gedəcəklər. Güləbird kəndindəki dağıntılar barədə qonaqlara məlumat veriləcək, həmçinin eyni kənddə yeni istifadəyə verilmiş hidroelektrik stansiyaya baş çəkəcəklər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}