17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda daha 353 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
Tarix: 06-03-2021 17:05 | Bölmə: Gündəm
Azərbaycanda daha 353 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 436, bu günə qədər isə ümumilikdə 2 645 206 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}