07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib
Tarix: 08-03-2021 18:11 | Bölmə: Gündəm
Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}