09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı artıb
Tarix: 10-03-2021 17:00 | Bölmə: Gündəm
Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı artıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir.

Qeyd edək ki, koronavirusdan vəfat edənlərin 7 nəfər olması, əvvəlki günlərlə müqayisədə artım deməkdir.




Bölməyə aid digər xəbərlər