13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib
Tarix: 13-03-2021 18:19 | Bölmə: Gündəm
Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib

Prezident İlham Əliyev Naxçıvan Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilib. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilib.

Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4 444 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər