09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda daha 603 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
Tarix: 14-03-2021 15:57 | Bölmə: Gündəm
Azərbaycanda daha 603 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Bununla da Azərbaycanda indiyədək ümumilikdə 240 295 nəfərin koronavirusa yoluxması təsdiqlənib. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir: "Ölkədə son sutka ərzində8 945 , hazırkı dövrədək isə 2 710 126 test aparılıb".




Bölməyə aid digər xəbərlər