14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Əli Əsədov: “Böyük Qayıdışla əlaqədar yeni dövrə qədəm qoyulub”
Tarix: 16-03-2021 11:54 | Bölmə: Gündəm
Əli Əsədov: “Böyük Qayıdışla əlaqədar yeni dövrə qədəm qoyulub”

“Ölkəmizin hərbi potensialı və müdafiə qabiliyyət gücləndirilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, alınmış hərbi texnikalar Vətən müharibəsində uğurla sınaqdan çıxıb və özünü doğruldub: “Qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin edilməsi üzrə zəruri işlər davam etdirilir və etdiriləcək”.

Ə. Əsədov təşkilati-ştat strukturunun optimallaşdırıldığını da qeyd edib/APA.

Baş nazir Əli Əsədov deyib ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün ilkin olaraq dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb”.

O bildirib ki, ANAMA-nın yenidən təşkili işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinin keyfiyyətcə yeni şəkildə təşkil edilməsindən xəbər verir: “Əsas vəzifə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Hazırda azad olunmuş ərazilərə Böyük Qayıdışla əlaqədar Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. Bu mərhələdə əsas strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma siyasətinin həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan vətəndaşlara yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}