Baş nazir: "Deputatların qaldırdığı məsələlər araşdırılacaq"
Tarix: 16-03-2021 16:50 | Bölmə: Gündəm
Baş nazir: "Deputatların qaldırdığı məsələlər araşdırılacaq"

“Deputatların çıxışlarında hökumətin ötənilki fəaliyyətinə qiymət verildi. Deputatların qaldırdığı məsələlər araşdırılacaq və mümkün addımlar atılacaq”.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Əli Əsədov daha sonra bildirib ki, bütün problemlərin həllinə çalışacaqlar: "Çalışacağıq ki, bütün proseslər eyni şəkildə həll edilsin. Hörmətli deputatlar tərəfindən qaldırılan məsələlər cavablandırılacaq”.

Xatırladaq ki, müzakirələrdən sonra Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}