Bu gün Əfv Komissiyasının sonuncu iclasıdır
Tarix: 17-03-2021 10:09 | Bölmə: Gündəm
Bu gün Əfv Komissiyasının sonuncu iclasıdır

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Qruplar halında keçiriləcək iclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.

Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb. Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}