13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Prezidentin köməkçisi: "Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək"
Tarix: 19-03-2021 16:20 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək"

“Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan başqa, hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə yoluxmaların sayı artıb, müəyyən narahatlıqlar var: “Hazırda 10 min çarpayı yükü olan xəstəxanaların imkanlarına qarşı 1500-1600 xəstəmiz var. Bu da bizə imkan verir ki, sərtləşdirməyə getməyək.

Biz artıq 1 ildən çoxdur pandemiya şəraitində yaşayırıq. Pandemiya dalğavari olaraq bütün ölkələrə təsir edir”.

Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə virusun növbəti dalğası müşahidə olunur: “Bir çox ölkələr məhz bu səbəbdən qapanmalara gedirlər. Azərbaycanda da son zamanlar rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu gözlənilən idi.

Bayramlar ərəfəsində vətəndaşlarımızı mümkündürsə, heç hara çıxmamağa, özlərini qorumağa çağırıram. Əgər yoluxma sayı artsa, Operativ Qərargahın başqa yolu olmayacaq və sərtləşməyə gediləcək”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər