Bu gün ölkəmizdə Novruz bayramıdır
Tarix: 20-03-2021 00:24 | Bölmə: Gündəm
Bu gün ölkəmizdə Novruz bayramıdır

Bu gün Azərbaycanda yazın gəlişinin simvolu olan Novruz bayramı qeyd edilir.

Mənası “Yeni gün” Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Xatırladaq ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Qeyd edək ki, bu il bahar fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə təxminən saat 13:37:00-da daxil olacaq.

Novruz bayramı ilə əlaqədar ölkədə 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.

Novruz bayramınız mübarək!

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}