Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı artır
Tarix: 21-03-2021 19:20 | Bölmə: Gündəm
Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı artır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildrilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.

Ölkədə son sutka ərzində 8 386 , hazırkı dövrədək isə 2 776 535 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}