Azərbaycanda daha 1333 nəfər koronavirusa yoluxub, 18 nəfər vəfat edib
Tarix: 23-03-2021 19:08 | Bölmə: Gündəm
Azərbaycanda daha 1333 nəfər koronavirusa yoluxub, 18 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 248 307 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər vəfat edib, aktiv xəstə sayı 11 567 nəfərdir.

Ölkədə son sutka ərzində 8 517, hazırkı dövrədək isə 2 790 980 test aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}