13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Rusiya XİN: "Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyət sabitləşib"
Tarix: 25-03-2021 17:06 | Bölmə: Gündəm
Rusiya XİN: "Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyət sabitləşib"

"Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyətin sabitləşməsi regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işlərin başlanmasına imkan verib".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında bildirilib.

Qeyd olunub ki, noyabrın 9-da Rusiya, Azərbaycan və ermənistan liderləri tərəfindən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi fəaliyyətin dayandırılması haqqında bəyanat qəbul olunub: “Təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilib, beynəlxalq humanitar reaksiya mərkəzi yaradılıb. Nəticədə Dağlıq Qarabağda və ona bitişik rayonlarda vəziyyət sabitləşib. Bu da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işlərin başlanmasına imkan verib. Rusiya ATƏT-in Misnk Qrupu çərçivəsində siyasi nizamlanma prosesinin hərəkətə gətirilməsinə iştirak edib"/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər