18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Bayden Cənubi Qafqazdan danışıb, Türkiyə-Rusiya yaxınlaşmasından narahatlığını bildirib
Tarix: 26-03-2021 12:06 | Bölmə: Gündəm
Bayden Cənubi Qafqazdan danışıb, Türkiyə-Rusiya yaxınlaşmasından narahatlığını bildirib

ABŞ prezidenti Bayden Avropa Birliyi (AB) liderlərinin zirvə görüşündə ABŞ-AB münasibətlərinin yenidən canlandırılması üçün addımlar atılmasının vacibliyini deyib. Bayden çıxışı zamanı ortaq maraqlar məsələsini xüsusilə vurğulayıb.

Reyting.az
xəbər verir ki, Ağ Ev prezident Baydenin görüşlə bağlı çıxış və fikirlərinə dair açıqlama yayıb.

“Prezident Bayden Çin və Rusiya daxil ortaq xarici siyasətdə maraqlar məsələsində birlikdə işləmək istədiyini dilə gətirib. Xüsusilə, Türkiyə, Cənubi Qafqaz, Şərqi Avropa və Qərbi Balkanlar mövzusunda ABŞ-AB-nin təmaslarının davam etməsinin vacibliyini vurğulayıb”,- Ağ Evin açıqlamasında bildirilib.

Bununla bərabər video konfrans formatında keçirilən görüşlə bağlı AB-nin rəsmisi “Blomberq”ə deyib ki, Bayden görüşdə Türkiyənin “demokratik geriləməsindən” və “Ankaranın Rusiya ilə yaxınlaşma bağlarından” narahatlığını dilə gətirib.

AB-nin liderləri isə Baydenə Türkiyəyə qarşı sanksiyaların masada qaldığını bildiriblər. AB liderləri Türkiyə ilə daha yaxın iqtisadi əlaqələr üçün Ankaranın Şərqi Aralıq dənizi iddialarını maneə kimi göstəriblər.

Zirvə görüşündən sonra Yunanıstan Baş naziri Miçotakis ilə telefonla danışan Bayden Şərqi Aralıq dənizində sabitliyə ümid etdiyini bildirib.

Yeri gəlmişkən, Bayden ötən həftə medianın suallarına cavab vermişdi. Həmin mətbuat konfransında Bayden Çin, Rusiya, koronavirusla əlaqəli mövzularda açıqlamlarında Türkiyə kəlməsini bir neçə dəfə işlətmişdi. O, qaçqınlarla bağlı böhranın yaşandığı zaman Türkiyədə olduğunu və Barak Obamanın onu geri çağırdığını qeyd etmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}