18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Bayden Türkiyə lideri Ərdoğanı ABŞ-a dəvət edib
Tarix: 27-03-2021 10:05 | Bölmə: Gündəm
Bayden Türkiyə lideri Ərdoğanı ABŞ-a dəvət edib

ABŞ prezidenti Co Bayden 22-23 apreldə keçiriləcək İqlim zirvə görüşünə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da dəvət edib.

Reyting.az
-ın məlumatına görə, Bayden bu məqsədlə Türkiyə liderinə məktubunda yazıb ki, COVİD-19 epidemiyasından zərər görən türk vətəndaşlarının, ailələrinin və bütövlükdə xalqın acısı ilə həmrəydir.

COVİD-19 pandemiyasına qarşı birgə mübarizə aparmaqla yanaşı iqlim dəyişikliyi təhdidinin unudulmamalı olduğunu qeyd edən C. Bayden Türkiyə prezidentini 22-23 apreldə keçiriləcək iqlim mövzusunda dünya liderlərinin toplantısına dəvət edib.

Bayden bu zirvə görüşünü iqlim böhranına qarşı ortaq mübarizə mövzusunda dünyanın ən böyük iqtisadiyyat liderlərini və qlobal paydaşları bir araya gətirəcəyini yazıb.

Ağ Evdən verilən açıqlamada isə bildirilir ki, prezident Bayden 40 dövlətin liderini İqlim zirvə görüşünə dəvət edib.

Qeyd edək ki, Baydenin bu zirvəyə dəvət etdiyi dünya liderləri arasında Türkiyə ilə yanaşı Çin, Kanada, Fransa, Almaniya, Rusiya, İngiltərə liderləri, eləcədə Avropa Birliyi Şurasının sədri də var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}