13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
XİN Azərbaycan vətəndaşlarının Türkiyəyə səfəri ilə bağlı bəyanat yayıb
Tarix: 29-03-2021 12:14 | Bölmə: Gündəm
XİN Azərbaycan vətəndaşlarının Türkiyəyə səfəri ilə bağlı bəyanat yayıb

2020-ci il dekabrın 10-da Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səfərlər Protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən yekunlaşıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, sözügedən Protokol aprelin 1-dən başlayaraq qüvvəyə minəcək: "Beləliklə, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasındakı birbaşa səfərlərini pasporta ehtiyac duymadan, sadəcə yeni növ şəxsiyyət vəsiqəsi təqdim edərək həyata keçirə biləcək. Can Azərbaycanla aprelin 1-dən başlayaraq həyata keçəcək yeni tətbiq ölkələrimiz arasındakı “bir millət, iki dövlət!” anlayışındakı güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər