Naxçıvanda Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin olunub
Tarix: 01-04-2021 11:33 | Bölmə: Gündəm
Naxçıvanda Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin olunub

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.

Bununla bağlı Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən, Sahil Abdulla oğlu Tahirli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunub.

Qeyd edək ki, V.Talıbov martın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Sahil Tahirli bugünkü təyinatadək Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}