Azərbaycanda daha 2392 nəfər koronavirusa yoluxub, 31 nəfər ölüb
Tarix: 03-04-2021 16:45 | Bölmə: Gündəm
Azərbaycanda daha 2392 nəfər koronavirusa yoluxub, 31 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 31 nəfər COVID-19-dan vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 268 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 585, ötən müddət ərzində isə ümumilikdə 2 916 745 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}